Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə və yeniləşmə siyasətini dəstəkləyir

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının IX konfransı keçirilib.

Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov konfransda hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, rayon təşkilatı 87 ərazi ilk partiya təşkilatında 7200 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 3847 nəfəri qadınlar, 2085 nəfəri isə gənclərdən ibarətdir.

Sonra YAP Goranboy rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Maksim Bayramov hesabat məruzəsi ilə çıxış edib.

Konfransda çıxış edən rayon təşkilatının Şura üzvü Rüstəm Budaqov, mədəniyyət və turizm şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, YAP Goranboy rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Yeganə Məmmədova partiyanın yaranması və fəaliyyəti barədə danışıb, təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır: “1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Bu fikrin davamı olaraq isə Prezident İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Bu gün partiyanın 700 minə yaxın üzvü ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verirlər. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirakları ilə həyata keçirilən siyasətə dəstək olduqlarını nümayiş etdirirlər.”

V.Rəhimzadə Azərbaycanın inkişafından söz açaraq vurğulayıb ki, bu tərəqqi ölkənin hər bir vətəndaşında qürur hissi yaratmalıdır. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin modernləşmə, yeniləşmə siyasətini dəstəkləyir.

Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində insanların hansı durumda olduqları yaddaşlardadır. Onlar sabahla bağlı ümidlərini açıq şəkildə ifadə edə bilmirdilər. Bu gün isə insanların gələcəklə bağlı ümidləri böyükdür. Bunların hamısı Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirdiyi böyük inkişaf proqramlarının nəticələridir.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, partiya zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır: “YAP-ın qısa müddətdə ümumxalq partiyasına çevrilməsi uğurlu siyasətə əsaslanır. Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan YAP bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən çox nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.”

B.Quliyev Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlardan bəhs edib. Qeyd edib ki, bu gün Azərbaycan böyük quruculuq meydançasını xatırladır. Goranboy rayonunun timsalında bu inkişafı, tərəqqini aydın şəkildə görmək olur.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın tarixində önəmli bir hadisədir: “Ötən dövrdə Azərbaycan düzgün aparılan siyasət sayəsində inkişaf, tərəqqi yolunda inamla irəliləyərək, bu gün beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkana, eyni zamanda, iqtisadi möcüzələr ölkəsinə çevrilib. Bu uğurların fonunda Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır durum aydın şəkildə görünür. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən əsas amillər də məhz həmin dövrün reallıqları idi.”

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Elçin İsmayılov yenidən YAP Goranboy rayon təşkilatının sədri, təşkilatın 31 nəfərdən ibarət Şurası, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu, həmçinin 11 nəfərdən ibarət İdarə Heyəti və sədr müavinləri seçilib.

Sonda YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal YAP üzvü isə fəxri fərmanla təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY