CƏMİYYƏT


Yeni əmələ gələn göllərin şəkilləri ekoloqları sarsıdıb

Berlin, 4 dekabr, AZƏRTAC

Almaniya ekoloji hərəkatı fəallarının öz resursları vasitəsilə yaydıqları fotolar ölkəni, sözün həqiqi mənasında, sarsıdıb. Uzun illər Sibirdə əbədi donuşluğun əriməsini öyrənən Leypsiq Universitetinin Coğrafiya İnstitutunun elmi əməkdaşı Matias Uilrix bu günlərdə həmin prosesin kədərli nəticələrinin əks olunduğu fotoşəkilləri dərc edib. Şəkillərdə aydın görünən iki göl onilliklər bundan əvvəl sadəcə olmayıb. Sovet dövründə, 1960-cı illərdən əvvəl bu yerlərdə otlaqlar olub.

Yakutskdan 50 kilometr şərqdə yerləşən bu iki gölün ölçüləri son 25 ildə daha sürətlə artıb. Alimlər aerokosmik şəkilləri diqqətlə öyrənirlər.

AZƏRTAC xəbər verir ki, fotolar Matias Uilrixin 2017-ci ildə beynəlxalq müəlliflər qrupu ilə birlikdə ixtisaslaşdırılmış “Water Resources Research” elmi jurnalında dərc etdirdiyi məqalədə təqdim olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.