İDMAN
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb
Bakı, 5 iyul, AZƏRTAC
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ” dördüncü transferini reallaşdırıb. İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022-2023-cü il mövsümündən komandanın formasını geyinəcək.
İyirmi beş yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli forma altında çıxış edəcək.
Futbolçu peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.
Xatırladaq ki, “Qəbələ” indiyədək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]