DÜNYA


Yeni qaydalardan imtina edən “WhatsApp” istifadəçilərinin hesabı ləğv olunacaq

Bakı, 22 fevral, AZƏRTAC

“WhatsApp” messenceri istifadəçilərin yeni qaydalardan imtina edəcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq edəcək.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “WhatsApp” mayın 15-dək messencerin yenilənmiş siyasətinin müddəalarını qəbul etməyən istifadəçilər üçün məlumatların göndərilməsi və oxunması funksiyalarını məhdudlaşdıracaq. Yeni qaydalara uyğun olaraq istifadəçilər məlumatları “Facebook” şirkəti ilə bölüşməlidir.

Məlumata görə, qeyd olunan vaxtadək istifadəçilər tərəfindən qaydalar qəbul edilməsə, onların “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq. Qısa müddət ərzində istifadəçilər zənglər və bildirişləri qəbul etsələr də, messencerdə bildirişləri oxuya və göndərə bilməyəcəklər.

Bildirilir ki, aktiv olmayan istifadəçi hesabları messencerdən istifadənin son günündən 120 gün sonra ləğv olunacaq.

Qeyd edək ki, son vaxtlar “WhatsApp” bütün dünyada 30 milyon istifadəçidən məhrum olub. Bu, istifadəçilər tərəfindən proqramdan istifadə üzrə yenilənmiş şərtlərin mənfi qiymətləndirilməsi ilə əlaqədardır. Messencerin yeni versiyasında “Facebook” törəmə şirkəti ilə informasiya mübadiləsi ediləcəyi açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.