İQTİSADİYYAT


Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Vətəndaşlar artıq 10 ildir ki, iki növ sayğacdan - mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan istifadə edirlər. Ən müasir smart-tipli 30 min ədəd sayğac artıq Bakıdadır, gələn ay əlavə 60 mini də gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyasının olduğunu deyən R.Əliyev qeyd edib: “Tezliklə bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və sair proseslər bu sayğaclarda yoxdur”.

“Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi və borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini onlayn rejimdə həyata keçirmək mümkün olacaq”, - deyə R.Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.