ELM VƏ TƏHSİL


Yeni rəsm layihəsi: “100 illik tariximiz”

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “100 illik tariximiz” mövzusunda rəsm layihəsi təqdim olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Cümhuriyyətin tarixi, onun qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə uşaqların əldə etdikləri bilikləri təkmilləşdirmək, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, istedadlı uşaq və gəncləri aşkara çıxarmaq məqsədi daşıyıb.

Tədbirdə mərkəzin əməkdaşları Nərmin Abdullayevanın rəhbərlik etdiyi “Palitra” və Könül Orucovanın rəhbərlik etdiyi “Buta” dizayn studiyasının gənc rəssamları taxtadan hazırlanmış “Nar” fiqurlarının və böyük “Nar” maketinin üzərində Azərbaycanın 100 il ərzində keçdiyi şərəfli tarixi yolu, ölkəmizin nailiyyətlərini əks etdirən rəsmlər çəkiblər. Rəna Kərimovanın rəhbərlik etdiyi “Gənc dizayner” dərnəyinin üzvləri isə taxtadan milli üslubda hazırlanmış şəbəkələri rənglərlə bəzəyiblər.

Tədbirin sonunda mərkəzin dərnək üzvləri mahnı və rəqs ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.