ELM VƏ TƏHSİL


Yeni tədris ilində Bakı məktəblərində 400 minədək şagird təhsil alacaq

Bakı, 14 sentyabr, AZƏRTAC 

Yeni tədris ilində paytaxtın ümumtəhsil məktəbləri üzrə birinci sinifdə 46 mindən çox uşağın təhsil alacağı gözlənilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 395 773 şagird təhsil alacaq.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 265 ümumtəhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 20 min ərizənin qeydiyyatı aparılıb. 2017-2018-ci tədris ilində beşyaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfinin təşkil olunması nəzərdə tutulur.

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi isə müasir tipli hərbi kabinetlə təmin olunub.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Təhsil nazirinin əmrinə əsasən ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.