İQTİSADİYYAT


Yeni yaradılmış biznes assosiasiyası ilə onlayn görüş keçirilib

Bakı, 4 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yeni yaradılmış “Ticarət şəbəkələri” İctimai Birliyinə üzv olan market şəbəkələri ilə onlayn görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və KOBİA-nın nümayəndələrinin iştirak etdiyi görüşdə İctimai Birliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, biznes assosiasiyası üzvlərinin təklifləri dinlənilib. Onlayn görüşdə, həmçinin pandemiya şəraitində market şəbəkələrində sanitar-epidemioloji tələblərə, sosial davranış qaydalarına əməl olunması vəziyyəti müzakirə edilib, COVID-19-la mübarizədə qaydalara riayət olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.