İDMAN


Yeniyetmə cüdoçularımız İspaniyada Avropa kubokunda mübarizəyə başlayıblar

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmiz böyük heyətlə - 24 cüdoçu ilə təmsil olunur. Yeniyetmə idmançılarımızdan yüngül çəki dərəcələrində İslam Rəhimov, Sahib Babayev (50 kq), Samir Piriyev, Əli Hacıyev, Qədir Hüseynov (55 kq), Əlihümbət Cəfərov, Aydın Rzayev, Məmmədrza Hacızadə, Nicat Şirinov (60 kq) güclərini sınayırlar. Vüsal Qələndarzadə 66, Nahid İsmayılov 73 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ağır çəki dərəcəsində cüdoçularımızdan Əlirza Şıxəlizadə, Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq), Məhəmməd Məmmədzadə (+90 kq) mübarizə aparırlar.

Qızların yarışında ölkəmizi Aydan Vəliyeva (40 kq), Nigar Şahməmmədova, Leyla Dəmirova (44 kq), Səbinə Əliyeva, Nəzrin Adnayeva (48 kq), Səbinə Qədirova, Zeynəb Məmmədova (52 kq), Fidan Əlizadə və Aytac Qardaşxanlı (57 kq) təmsil edirlər.

Avropa kuboku turnirinə fevralın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.