İDMAN


Yeniyetmə tamblinqçilərimiz Avropa çempionatında bürünc medal qazanıblar

Bakı, 2 may, AZƏRTAC

Azərbaycanın gənclərdən ibarət tamblinq komandası Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.