İDMAN


Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda

yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edirlər.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, çempionatda 80-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Yarışın ilk günündə atletlər qaçışın 3 (100, 400, 3000,) növü üzrə öz güclərini sınayırlar. Bundan başqa, idmançılar üçtəkanla tullanma, nüvəitələmə və nizəatma üzrə də mübarizə aparırlar.

Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.