İDMAN


Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı 2023-cü ildə Kanadada təşkil olunacaq

Bakı, 5 may, AZƏRTAC

Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı 2023-cü ildə Kanadada təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Kanada Fiqurlu Konkisürmə Federasiyası məlumat yayıb.

Dünya birinciliyi fevralın 27-dən martın 5-dək Kalqari şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Kanada artıq 5 dəfə yeniyetmələrin dünya çempionatına ev sahibliyi edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.