REGİONLAR


Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib

Ağdaş, 18 yanvar, AZƏRTAC

Ağdaşda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan sərbəst güləş növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş Olimpiya İdman Kompleksində təşkil olunan rayon birinciliyində 12 çəki dərəcəsində 60 nəfərə yaxın yeniyetmə güləşçi mübarizə aparıb.

Birinci, ikinci və üçüncü yerləri tutan qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.