CƏMİYYƏT
Yevlax-Zaqatala yolunda yerləşən postda Gəncə sakinindən 3,5 kiloqram marixuana aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 28-də saat 1 radələrində Yevlax-Zaqatala yolunda yerləşən Yol Patrul Xidməti Alayının postunda Balakən rayon sakini C.Əbəciyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü və sərnişini - Gəncə şəhər sakini R.Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların üzərində axtarış aparılan zaman R.Məmmədovdan 3,5 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.