CƏMİYYƏT


Yevlax rayonunda oğurluq edən şəxs tutulub

Bakı, 16 oktyabr, AZƏRTAC

Yevlax rayon sakini olan bir nəfər bu il iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar rayon polis şöbəsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Hafiz Məmmədov saxlanılıb.

Araşdırmalar nəticəsində onun ümumilikdə doqquz ədəd soyuducu və kondisioner mühərriki, dəmir konstruksiyalar və sair oğurlamaqla vətəndaşa dörd min manat miqdarında ziyan vurduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.