REGİONLAR
Yevlax rayonunun təhsil müəssisələrində 20 Yanvar faciəsinin ildönümü silsilə tədbirlərlə qeyd edilib
Yevlax, 18 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Yevlax rayonunun təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 17-də bütün ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib. “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Tədbirlər planına əsasən, təhsil müəssisələrində kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar təşkil edilib, konfrans, seminar, mühazirə və dəyirmi masalar keçirilib. Rayonun təhsil işçiləri və şagirdlər Yevlax şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət ediblər.