REGİONLAR
Yevlax şəhərində küçələrin əsaslı təmiri işləri davam etdirilir
Yevlax, 12 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yevlaxda abadlıq quruculuq işləri davam etdirilir. Şəhərdə küçə və prospektlər asfaltlanır, bordürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, kənd yolları yenidən qurulur, insanların asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, ictimai yaşayış binalarının həyətləri abadlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Rəsulzadə, Vidadi, R.Behbudov və Yeni Yevlax küçələrində təmir-yenidən qurma işləri həyata keçirilir. Bu küçələrdə yollar uzun illərdir istismar edildiyindən, çökmələr, deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirə ehtiyac yaranmışdı. Bu səbəbdən də həmin küçələrdə layihəyə uyğun olaraq işlər həyata keçirilməyə başlanıb.
Hazırda bu küçələrdə asfalt örtüyü döşənməsi, beton səki və tamet-plitə daşları düzülməsi işləri aparılır. Artıq Vidadi küçəsində asfaltlanma işləri yekunlaşıb, beton səki daşları (bardür) düzülür. Küçədə 40 ədəd müasir işıqlandırma dirəkləri quraşdırılacaq.
Yevlax şəhəri ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.