REGİONLAR


Yevlaxda Vətən müharibəsi şəhidinin qız övladı dünyaya gəlib

Yevlax, 8 iyun, AZƏRTAC

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının arzusuna uyğun olaraq Anay adı verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhidin həyat yoldaşını və körpəni ziyarət ediblər. Körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verilib, onlara hədiyyələr təqdim olunub. Ailə üzvləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Xəstəxanadan evə gəlmiş ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.