CƏMİYYƏT


Yevlaxda ev yanıb

Bakı, 17 avqust, AZƏRTAC 

Yevlax rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli, altı otaq və aynabənddən ibarət evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 116 kvadratmetr sahəsi əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən görülən tədbirlər nəticəsində söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.