REGİONLAR
Yevlaxda gənc könüllülər pandemiya ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəallıq göstərirlər
Yevlax, 7 iyul, AZƏRTAC
Yevlaxda COVID-19 pandemiyasına qarşı mübarizə üçün yaradılmış mobil qruplar Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında şəhərin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx hərəkət etdiyi yerlərdə maarifləndirmə işlərini davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mobil qruplara daxil olan Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri pandemiya ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəallıq göstərirlər. Gənclər bankomat və terminalların qarşısında maskadan düzgün istifadə qaydasını əks etdirən flayerlər paylayır, obyektlərə müxtəlif maarifləndirici stikerlər yapışdırır və ictimai iaşə obyektləri, ticarət obyektlərində reydlər apararaq maarifləndirmə işləri görürlər.
Vətəndaşlara qapalı məkanlarda maskadan istifadə etməyin məcburiliyi izah olunur, əks halda, tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslərin cərimələnəcəyi bildirilir.