CƏMİYYƏT


Yevlaxda icazəsiz ova cəhd edən şəxs cərimələnib

Bakı, 2 oktyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsi saxlayıblar. Ondan ov tüfəngi götürülüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu müəyyənləşib. Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və ona inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.