REGİONLAR


Yevlaxda uşaq bağçalarının açılışına hazırlıq işləri görülür

Yevlax, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyətinin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər görülür, otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.

Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.