İDMAN


Yokohamada keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Beynəlxalq Atletika Federasiyası Yaponiyanın Yokohama şəhərində keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə edib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, bu il atletlər qarışıq estafet (2x2x400m) və qarışıq sədlərlə estafet yarışlarında da güclərini sınayacaqlar.

Mayın 11-12-də keçiriləcək estafet yarışlarında kişilər, qadınlar və cütlüklər 3 növdə mübarizə aparacaqlar.

Qarışıq sədlərlə estafet Dünya Estafet proqramında tamamilə yeni növdür.

Qarışıq estafet Yokohama yarışında 800 metr məsafəyə estafet qaçışını əvəzləyəcək. Buna səbəb əvvəlki yarışlarında bu növə daha az marağın olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.