REGİONLAR
Yük avtomobili Xocalının Çanaqcı kəndində su kanalına aşıb
Bakı, 7 fevral, AZƏRTAC
“Mercedes” markalı yük avtomobili Xocalının Çanaqcı kəndi ərazisində idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin olması barədə məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]