CƏMİYYƏT
Yük avtomobillərinin akkumulyatorlarını oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumulyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumulyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.