ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı: hərbi və mülki təyinatlı layihələr müzakirə edilib

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşlarının iştirakı ilə görüş təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları ilə birgə YT Parkda icra olunan hərbi və mülki təyinatlı layihələr müzakirə edilib.

Layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və onların ölkəmizin müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.