ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkının inkubator rezidenti Türkiyədə beynəlxalq sərgidə ölkəmizi təmsil edib

Bakı, 27 yanvar, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyeva “SmFreshOil” brendi ilə Türkiyənin Antalya şəhərində keçirilən 28-ci beynəlxalq qida və içkilər sərgisində iştirak edib.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində sərgi iştirakçıları tərəfindən “SmFreshOil” məhsullarına böyük maraq göstərilib, distribüter olmaq üçün təkliflər edilib.

M.Səbzəliyevanın sözlərinə görə, sərgi, həmçinin yeni biznes əlaqələrinin qurulması, təcrübi potensialın genişlənməsi baxımından səmərəli olub, şirkətin beynəlxalq çıxış imkanlarının artırılması üçün yeni istiqamətlər açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.