İDMAN


Yunan-Roma güləşçilərimiz Belarusda təlim-məşq toplanışını davam etdirirlər

Bakı, 18 fevral, AZƏRTAC

Yunan-Roma güləşi üzrə millimiz Belarusda təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Minskin “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan yığmaları iştirak edirlər.

Fevralın 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.