İDMAN


Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub VİDEO

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalında yunan-Roma güləşi yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Xasay Həsənli finalda Almaniya təmsilçisi Deni Nakayev ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirən pəhləvanımız oyunun başa çatmasına 17 saniyə qalmış aktivinə 2 xal yazdıraraq oyunu qələbə ilə başa vurmağa nail olub. Beləliklə, qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Xasay Həsənli festivalda Azərbaycanın aktivinə 6-cı qızıl medalı yazdırıb.

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisə (7:0), səkkizdəbir finalda finlandiyalı Kasperi Kauhanenə (3:1), dörddəbir finalda isveçrəli David Loherə (10:2) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda ukraynalı Marian Holubovskini 7:4 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz finala vəsiqəni təmin edib.

Bu çəki dərəcəsində bürünc medallara latviyalı Edqars Lauqalisi məğlub edən rusiyalı Abdul-Valid İaxiyev və finlandiyalı Kasperi Kauhanenə qalib gələn ukraynalı Marian Holubovski sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.