İDMAN


“Yuventus” “Benfika”nın futbolçusu üçün 120 milyon avrodan keçməyə hazırdır

Bakı, 7 mart, AZƏRTAC

Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Xuan Feliks karyerasını “Yuventus”da davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, “Yuventus” 19 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. “Qoca sinyora”nın bu keçid üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Yuventus”un idman direktoru Fabio Paratiçinin artıq “Benfika” rəhbərliyi və futbolçunun meneceri Jorje Mendeşə bu barədə məlumat verdiyi iddia olunur.

Qeyd edək ki, Felikslə “Mançester Yunayted”, “Barselona”, “Real Madrid” və “Atletiko Madrid” də yaxından maraqlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.