CƏMİYYƏT
“Yuyucu toz” gətirən avtomobildə “iPhone” markalı telefonlar aşkarlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
“Yuyucu toz” yükü gətirən avtomobildə “iPhone” markalı telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İrandan “yuyucu toz” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi “Dong Feng” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd “iPhone 11” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]