Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ZƏNGİLANLILAR DÖVLƏTİMİZİN BAŞÇISININ DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ ÜRƏKDƏN DƏSTƏKLƏYİR VƏ QARŞIDAKI PREZİDENT SEÇKİLƏRİNDƏ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNƏ YEKDİLLİKLƏ SƏS VERƏCƏKLƏRİNİ BƏYAN EDİRLƏR

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illiyi münasibətilə Zəngilan rayon ictimaiyyəti nümayəndələrinin təntənəli yığıncağı keçirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda geniş məruzə etmişdir.

Təntənəli yığıncaqda Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP rayon təşkilatının sədri Sabir Nəcəfov, mərkəzi rayon xəstəxanasının baş həkimi Eldar Babayev, rayon müharibə və əmək veteranları şurasının sədri Rzaxan Rzayev, rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Həsən Ələkbərov, “Sevil” qadınlar şurası rayon şöbəsinin sədri Maya Bağırova, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, rayon maliyyə şöbəsinin rəisi Nazir Kərimov çıxış etmişlər.

Məruzə və çıxışlarda dövlətimizin başçısının Vətən və xalq qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev namizədliyi irəli sürülmüş və seçki günü ona yekdilliklə səs verəcəklərini bəyan etmişlər.

Təntənəli yığıncağın sonunda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir:

Zati-aliləri!

Biz Zəngilan rayon ictimaiyyəti nümayəndələrinin yığıncağı iştirakçıları Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın durmadan tərəqqi etməsi, xalqımızın firavan yaşaması, demokratik ölkə kimi daha qüdrətli olması naminə apardığınız məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin Vətən və xalq qarşısındakı xidmətləriniz, keşmə-keşli müxtəlif hadisələrlə müşayiət olunan həyat yolunuz xalqımızın qəlbinə, Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Qərinədən artıq zaman kəsiyində bir dövlət xadimi, dünyəvi siyasətçi kimi göstərdiyiniz fəaliyyət, bu illərdə Azərbaycanın adını bütün dünyada uca zirvələrə qaldırmağınız böyük bir tarixdir. Sizin siyasətdə atdığınız uğurlu addımlar, dövləti idarə etmə məharətiniz, xalqa, Vətənə məhəbbətiniz əvəzsiz bir məktəbdir.

İctimaiyyət, siyasətçilər, dünya dövlətlərinin liderləri çox haqlı olaraq Sizi tarixi şəxsiyyət kimi qəbul edirlər. İstər 1969-1982-ci illərdə Azərbaycan KP.MK-nın birinci katibi, istərsə də 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyərkən xalqa, Vətənə sədaqətiniz hamıya bəlli olub. Sizin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışınız isə Azərbaycanın qurtuluşu günü oldu, o gündən etibarən Siz gözlənilən bəlaların, faciələrin qarşısını aldınız.

Hörmətli Prezident!

Tarix boyu Azərbaycanın başına olmazın müsibət gəlmişdir. Doğma torpaqlarımız dəfələrlə təcavüzə məruz qalmışdır. Lakin hər dəfə xalqımız özündə təpər, qüdrət tapmış, dirçəlmişdir. Bu dirçəlişlərin hər birinin öz müəllifi – şəxsiyyəti olmuşdur. XX əsrin Azərbaycana bəxş etdiyi dahi şəxsiyyət isə Sizsiniz.

Doğma torpaqlarımızın nankor ermənilər tərəfindən işğalının qarşısını aldınız, sui-qəsdlər, dövlət çevrilişi törətmək istəyənlərin niyyətlərini vaxtında görüb, bu bəd niyyətlərə yol vermədiniz. Ölkəmizin durmadan inkişafı, xalqın firavan həyatı, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, dünya standartlarına cavab verən islahatların keçirilməsi sahəsindəki uğurlu addımlarınız bu gün Sizi xalqın gözündə bir daha ucaldır.

Cənab Prezident, bütün xalqımız kimi, biz zəngilanlılar üçün də Siz əziz, doğma və müqəddəs rəhbərsiniz. Sizin ikinci dəfə hakimiyyətə qayıdışınıza qədər Azərbaycana rəhbərlik edənlərin bacarıqsızlığı, laqeyidliyi, səriştəsizliyi üzündən Xocalı faciəsi baş verdi. Lakin Xocalıdan da ağır vəziyyət gözləyən, tam mühasirədə olan zəngilanlıları bilavasitə Sizin uzaqgörən siyasətiniz, dövlətçilik məharətiniz, xalqa məhəbbətiniz faciədən qurtardı, əhali Araz çayından keçib İran İslam Respublikası ərazisindən Vətənə gəldi. Bunun üçün Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Sizin səhhətinizlə əlaqədar bir sıra müxalifət qəzetlərində dərc olunmuş iftira dolu, səmimiyyətdən kənar, əxlaq normalarımıza sığmayan yazıları müxalifətin yeni iyrənc təxribatı hesab edirik.

Biz zəngilanlılar həmişə hər yerdə Sizinləyik, daxili və xarici siyasətinizi bəyənirik, onu müdafiə edirik, bu il keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi irəli sürürük və prezident seçkiləri günü yekdilliklə Sizə səs verəcəyimizi bildiririk.

Əlamətdar yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, Ulu Tanrıdan cansağlığı arzulayırıq.

(Müraciət Zəngilan rayonu ictimaiyyəti

nümayəndələrinin 2003-cü il mayın 9-da

keçirilmiş təntənəli yığıncağında qəbul

edilmişdir)

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI