REGİONLAR
ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ BAŞA ÇATMIŞDIR
Mütəxəssislər tərəfindən aparılmış müşahidələrin nəticələrinə görə İsmayıllı rayonunda 9338 hektar taxıl sahəsində zərərverici böcək (haf) yayılmışdır. Ciddi hazırlıqdan sonra bu qorxulu, həşərata qarşı mübarizə tədbirləri qısa müddətdə, uğurla başa çatmışdır.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Məhərrəm Əhmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rayonun Mican, İvanovka, Talıstan, Quşencə, Diyalli, Qoşakənd, Topçu ərazi bölgələrində sahələrin dərmanlanması keyfiyyətlə aparılmışdır. Dərmanlama tədbirində respublika kənd təsərrüfatı nazirliyinin mütəxəssisi İmran Muxtarov yerli mütəxəssislərlə birgə çalışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]