İDMAN


ZBİQNEV BJEZİNSKİ UKRAYNAYA GƏLMİŞDİR

AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, ABŞ-ın tanınmış politoloqu, hazırda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri, habelə Con Hopkins Universitetinin Perspektivli beynəlxalq araşdırmalar mərkəzinin Amerika xarici siyasət məktəbinin professoru olan Zbiqnev Bjezinski Kiyevə gəlmişdir.

O, Kiyevdə olduğu müddətdə Ukrayna rəhbərliyi, siyasi dairələrin, KİV-lərin nümayəndələri və tələbələrlə görüşəcəkdir.

Bjezinski özü dəfələrlə bildirmişdir ki, onun Ukraynaya xüsusi münasibəti var. Məsələn, tanınmış politoloq belə bir tezisi ardıcıl surətdə müdafiə edir ki, Ukrayna Avropa qurumlarına tam miqyasda inteqrasiya olmadan Avropanın birləşməsi prosesi başa çatmış sayıla bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.