ELM VƏ TƏHSİL


Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər davam edir

Bakı, 12 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün keçirilən təlimlər davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimlərdə DİM haqqında ümumi məlumat, imtahanlar, imtahanların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır. Bundan əlavə, zal nəzarətçisinin fəaliyyətinin daha çox praktik tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək hallar və problemləri əhatə edən interaktiv treninq (nəzarətçi təlimatı və psixoloji stress - menecment təlimi) və təcrübi məşğələlər keçirilir.

Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər mərhələsinə fevralın 2-dən başlanılıb. Təlimlərin birinci mərhələsi “ASAN” Təlim-Tədris Mərkəzində Azərbaycan Antikorrupsiya Akademiyası “AZAKA” ilə birgə təşkil olunur. İkinci mərhələ isə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təlimçilər tərəfindən tədris planına uyğun olaraq müxtəlif mövzularda Azərbaycan Universiteti tərəfindən ayrılmış auditoriyalarda keçirilir.

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.