REGİONLAR


Zaqatala rayonunun təsərrüfatlarında tütün əkininə start verilib

Zaqatala, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk olaraq fermerlər Akif Kələşov və Vaqif Şabanova məxsus təsərrüfatda tütün əkininə start verilib. Maqov kəndi ərazisində yerləşən bu təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitili köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari ildə Zaqatalada tütün əkini sahələrinin keçən ilə nisbətən 74,8 hektar artırılaraq, 700 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 400 hektarına “Virciniya botaniki”, 15 hektarına “Berley”, 285 hektarına isə digər növ tütün sortları əkiləcək.

Sektor müdirinin sözlərinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunsa da, fermerlərə təsərrüfat işləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb və onlar fəaliyyətlərini müvafiq qaydalar çərçivəsində, sərbəst şəkildə, heç bir problem olmadan davam etdirə bilirlər.

Xatırladaq ki, ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.