Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
AzerTAg.az
Bakı, 16 yanvar, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Q.Murtuzəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, işlədiyi avtomobil təmiri məntəqəsinə baxış keçirilən zaman isə sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var