REGİONLAR
Zaqatalada Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib
Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
BMT-nin qərarına əsasən, 1981-ci ildən etibarən 21 sentyabr bütün ölkələrdə Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində - hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Sülh Günü kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.
Azərbaycan xalqı sülhsevər xalqdır. Sülh və əmin-amanlıq şəraitində yaşamaq xalqımızın da ən böyük arzusu və istəyidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar sentyabrın 21-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə uşaqlar sülhü tərənnüm edən mahnılar oxuyub, şeirlər ifa ediblər.