CƏMİYYƏT


Zaqatalada maarifləndirmə tədbiri təşkil olunub

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusunda seminar keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlar zamanı narkomaniyanın insan sağlamlığında, mənəviyyatında və psixologiyasında törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasəti kimi müəyyən edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.