CƏMİYYƏT


Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC 

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.