REGİONLAR
Zaqatalada restoran icarədarları cərimələnib
Zaqatala, 30 iyul, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranlarında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı) barəsində protokollar tərtib olunaraq cərimələniblər.