REGİONLAR


Zaqatalada yazlıq bitkilərin əkininə başlanılıb

Zaqatala, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1274 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 hektar çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 541 hektarda kartof, 412 hektarda tərəvəz bitkiləri əkib, 321 hektara yonca səpiblər. Apreldə isə qarğıdalı, tütün və paxlalıların əkininə başlanılacaq.

Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.