SİYASƏT


Zaur Darğallı: Azərbaycan və Gürcüstan bölgədə sülhün qarantıdır

Zaur Darğallı: Azərbaycan və Gürcüstan bölgədə sülhün qarantıdır

Tbilisi, 24 may, AZƏRTAC

Bu gün güclü Azərbaycan və Gürcüstan bölgədə sülhün qarantıdır. Ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri dünyada nümunədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Zaur Darğallı söyləyib.

Gürcüstan və Azərbaycan dövlətlərinin möhkəm birliyi sayəsində ölkələrimizin dünyada çox yüksək mövqe tutduqlarını bildirən deputat deyib: “Harada yaşamağımızdan asılı olmayaraq, hamımız çalışmalıyıq ki, dostluğumuz daha da genişlənsin və dövlətlərimizin dünyadakı mövqeləri daha da möhkəmlənsin. Müstəqilliyimizin əbədi olması üçün hamımız əlimizdən gələni etməliyik".

Onun sözlərinə görə, bu gün Gürcüstan, Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə reallaşan enerji və nəqliyyat layihələri təkcə regionun iqtisadi inkişafına deyil, həm də dünyada sülhün və sabitliyin qorunmasına xidmət edir.

Z.Darğallı uğurlarımızın əsasında Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin rolunu xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin oktyabrında Gürcüstana, eləcə də Baş nazir İrakli Qaribaşvilinin bu ilin əvvəllərində Bakıya səfərləri, Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan ilə görüşlər təkcə iqtisadi, humanitar və siyasi əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda, regionda sülhün bərqərar olmasına, dünyada sabitliyin yaranmasına xidmət edir.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.