DÜNYA


Zəlzələ Türkiyənin Malatya bölgəsində tikililərə zərər vurub

Ankara, 15 aprel, AZƏRTAC

Türkiyənin Malatya bölgəsində Rixter cədvəli üzrə 4.5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) rəsmi saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 7.41-də qeydə alınan yeraltı təkan əhalidə böyük təşviş yaradıb. Köhnə tikililərdə dağıntılar qeydə alınıb. Bəzi binalarda çatlar əmələ gəlib. İnsan itkisi olmadığı bildirilir. Zəlzələnin nəticələrini araşdırmaq üçün xüsusi qrup fəaliyyətə başlayıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.