REGİONLAR
Zərdabda külli miqdarda narkotik vasitə satmaq istəyən Ağdam rayon sakini saxlanılıb VİDEO
Zərdab, 8 mart, AZƏRTAC
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Orxan Aslanov şübhəli şəxs qismində yaxalanıb. Onun üzərinə baxış keçirilərkən “patı” və “şüşə” adlandırılan 300 qram metamfetamin, 285 qram heroin və təmiz çəkisi 3 kiloqram 120 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
O.Aslanov ilkin ifadəsində cinayət əməlini etiraf edib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.