REGİONLAR


Zərdabda pambıq sahələrinin ikinci kompleks becərilməsi başa çatır

Zərdab, 5 iyun, AZƏRTAC

Zərdab rayonunun pambıqçıları əkin sahələrində ikinci kompleks becərmə işlərini başa çatdırırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 3070 hektar sahədə çiyid səpini aparılıb və hər yerdə normal çıxış alınıb. Əkin sahələri ötən ildəkindən 550 hektar çoxdur. Builki mövsümdə rayonda bol məhsul gözlənilir. Becərmə işlərinə 22 ədəd texnika, 1500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hazırda cərgə araları kultivasiya olunur, sahələrə mineral gübrələr verilir, alaq otlarına qarşı mübarizə aparılır.

Rayonun əksər ərazilərində, xüsusilə daha çox pambıq əkilən Bəyimli qəsəbə, İsaqbağı, Şıxbağı, Körpükənd kənd və bir sıra digər ərazi vahidlərində becərmə işləri daha mütəşəkkil davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.