DÜNYA


Zimbabve prezidenti etirazçıları dialoqa çağırıb

Bakı, 22 yanvar, AZƏRTAC

Zimbabve Prezidenti Emmerson Mnanqaqva yanvarın 22-də siyasi partiyaların liderlərini və fəalları fikir ayrılıqlarını kənara qoyaraq dialoqa başlamağa çağırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin fikrincə, ölkədə kütləvi etirazlara səbəb olan yanacağın qiymətinin qaldırılması barədə qərar hökumətə çətin başa gəlsə də, doğru qərar olub.

Mnanqaqva hadisələr zamanı həm etirazçılar, həm də təhlükəsizlik orqanları tərəfindən yol verilən zorakılıq hallarını ölkəyə xəyanət adlandırıb və günahkarların cəzalandırılacağını bildirib.

Zimbabvedə hakimiyyət orqanlarının benzin və dizel yanacağının qiymətini iki dəfədən çox qaldırmaq barədə qərarı ölkədə narazılıq dalğası yaradıb. Etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə saxlanılıb. Həmçinin ölkədə “Facebook”, “Twitter” sosial şəbəkələrinin, həmçinin “WhatsApp” messencerinin fəaliyyəti dayandırılıb, bəzi müəssisələr və məktəblər bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.