İDMAN


“Zirə” heyətinə yeni futbolçu cəlb edib

Bakı, 11 fevral, AZƏRTAC

“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanıb.

İyirmi yeddi yaşlı oyunçu son olaraq Albaniyanın “Kukesi” klubunda çıxış edib. Tiqrudca bundan başqa, Kiprin “Alki”, Fransanın “Le Pontent”, “Nor”, “Les Herbis” klublarında oynayıb. O, “Zirə”də 48 nömrəli forma ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.