İDMAN


“Zirə” komandası “Sabah”a, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlib

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də futbol üzrə Topaz Premyer Liqasının sonuncu – XXVIII turu çərçivəsində daha iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sabah” komandası “Əlincə Arena”da “Zirə”ni qəbul edib. FIFA referesi Əliyar Ağayevin idarə etdiyi oyunda “Zirə” rəqib qapısından 3 cavabsız top keçirib. Komandanın heyətində Xulio Sezar Rodriqez dubl edib, Robin Nqalande isə bir dəfə fərqlənib.

“Kapital Bank Arena”da isə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda Ülvi İsgəndərovun vurduğu yeganə qolla “Sumqayıt” meydanı qalib tərk edib.

Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünə “Neftçi”-“Qarabağ” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.