İQTİSADİYYAT
Ziya Məmmədov: Azərbaycanda nəqliyyat sahəsinə sərmayə qoymaq üçün əlverişli şərait yaradılmışdır VİDEO
Bakı, 6 dekabr (AZƏRTAC). Son 5 ildə Azərbaycanın nəqliyyat sahəsinə yatırılmış investisiyalar ölkə iqtisadiyyatının bütün sahələrinə qoyulmuş investisiyaların 20 faizini təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İstanbulda keçirilən III Xəzər Forumunun panel müzakirələrində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov demişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələləri uğurla həll edilir, Ölkəmizdə nəqliyyat sahəsinə sərmayə qoymaq üçün əlverişli şərait yaradılmışdır.
Azərbaycanın bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu deyən Z.Məmmədov bildirmişdir ki, onların arasında TRASECA nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələtdə beynəlxalq dəniz ticarət limanının tikintisi də vardır.